Türkmənistan baş nazirinin müavininin intihar etdiyi məlum olub

Mayın 3-də ölüm xəbəri yayılan Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Ereşovun özünə qəsd etdiyi məlum olub.

APA-nın “Türkmənistan xronikası”na istinadən verdiyi məlumata görə, 52 yaşlı B. Ereşov özünü asaraq intihar edib.

Baş nazirin müavininin ölkədə başlayan antikorrupsiya kampaniyası çərçivəsində açılan cinayət işlərinin birinin fiqurantı ola biləcəyi güman edilir.

Qeyd edək ki, B. Ereşovun oğlu aprelin sonunda həbs olunub.

Bəzi məlumatlara görə, B. Ereşov Özbəkistanda dəfn edilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri