İki Britaniya şirkəti Azərbaycandakı filialını bağlayıb
- 24.05.2017, 11:17,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Böyük Britaniyanın iki şirkəti Azərbaycanı tərk edib. APA xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Belə ki, "Lloyd`s Register Inspection Limited" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.
Bununla yanaşı, "Vvipson Capital Management UK Limited" şirkətinin Azərbaycandakı filialı da ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov,ev 51, mənzil 2 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Lloyd`s Register Inspection Limited" şirkətinin baş ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşir. Şirkət sənayenin müxtəlif sahələrində təhlükəsizlik xidmətləri təklif edir.
"Vvipson Capital Management UK Limited" isə konsaltinq və vəsaitlərin idarə olunması xidmətlərinin təklifi ilə məşğuldur.