“Uber” şirkətinin baş direktorunun anası bədbəxt hadisə nəticəsində ölüb

ABŞ-ın beynəlxalq taksi xidməti göstərən “Uber” şirkətinin baş direktoru Trevis Kalanikin anası Kaliforniya ştatında qayığın qəzaya uğraması nəticəsində ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, faciə ötən gün axşam Payn Flet Leyk su anbarında baş verib. Göyərtəsində 71 yaşlı Bonni Qorovits Kalanikin və 78 yaşlı Donald Edvard Kalanikin olduğu qayıq qayaya çırpılaraq batmağa başlayıb. Qəza nəticəsində Kalanikin anası ölüb, atasının ağır vəziyyətdə olduğu bildirilir.

“Uber” şirkəti Kalanik və Qrett Kemp tərəfindən 2009-cu ildə yaradılıb. Şirkətin mənzil qərargahı San Fransisko şəhərində yerləşir.
Şərhlər
Dünya bölməsinin xəbərləri