“Fitch” “PAŞA Bank” və onun Türkiyədəki törəməsinin reytinqlərini endirib

“Fitch” beynəlxalq reytinq agentliyi “PAŞA Bank” ASC-nin uzunmüddətli defolt reytinqini “BB-” səviyyəsindən “B+” səviyyəsinənək endirib.

APA reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bankın qısamüddətli defolt reytinqi “B” səviyyəsində təsdiqlənib.

Bankın dayanıqlıq reytinqi “b+” səviyyəsindədir. Bununla yanaşı, banka verilən dəstək reytinqi “3”-dən “5”-ə endirilib.

Bundan başqa, “PAŞA Bank”ın Türkiyədəki törəməsi olan “PASHA Yatırım Bankası”nın uzunmüddətli reytinqi “A(tur)” səviyyəsindən “BBB+(tur)” səviyyəsinədək endirib.

Hər iki bankın reytinqi üzrə proqnoz “neqativ”dən “stabil”ə qaldırılıb.

“Fitch” “PAŞA Bank”ın uzunmüddətli defolt və dəstək reytinqlərinin endirilməsini Azərbaycan Beynəlxalq Bankı tərəfindən xarici öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə izah edir. Buna baxmayaraq, “Fitch” bankı sistem əhəmiyyətli bank hesab edir. Bank sektorunun depozitlərinin 15%-i “PAŞA Holdinq”ə daxil olan “PAŞA Bank” və “Kapital Bank”ın payına düşür.

Bundan öncə bankın yaydığı açıqlamada qeyd edilib ki, “Fitch” “PAŞA Bank”ın kredit reytinqini “BBB+” səviyyəsində təsdiqləyib və bankın kredit reytinqi üzrə proqnozu “neqativ”dən “stabil”ə yüksəldib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri