Parisdə Makron və Putin arasında görüş olub
- 30.05.2017, 13:04,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Parisin Versal sarayında Fransa və Rusiya prezidentlərinin görüşü başa çatıb. APA-nın Rusiya bürosunun məlumatına görə, görüşdən sonra Emmanuel Makron və Vladimir Putin danışıqların yekununa dair birgə mətbuat konfransı keçiriblər.
Fransız lider rusiyalı həmkarı ilə Suriya münaqişəsinin müzakirə etdiyini söyləyib: "Vacib məsələlərdə Rusiya ilə dialoq aparmamaq olmaz. Suriya da bu vacib məsələlərdəndir. Biz bunu müzakirə etdik. Bu məsələdə prioritet İŞİD terrorçuları ilə mübarizədir. Suriyada sülhü bərpa etmək üçün siyasi həll yolunu axtarmaq lazımdır". Makron onu da bildirib ki, Paris üçün Suriyada kimyəvi silahın tətbiq olunması "qırmızı xətdir". Fransız liderin fikrincə, Suriya dövlətinin süqutuna yol vermək olmaz. Putin və Makron görüş zamanı Ukrayna problemini də müzakirə ediblər. Prezidentlər Ukrayna münaqişəsinin həlli ilə bağlı Minsk razılaşmasının həyata keçirilməsi haqqında danışıblar. Makron tez bir zamanda Normand formatında görüşün keçirilməsinin vacibliyini əmin olduğunu bildirib.
Fransız lider Putinlə Çeçenistanda cinsi azlıqlarla bağlı vəziyyəti də Putinlə müzakirə etdiyini söyləyib. Onun sözlərinə görə, prezidentlər Rusiyada LGBT-nin vəziyyətini izləmək üçün birgə Fransa-Rusiya Vətəndaş Cəmiyyəti forumunun yaradılması barədə razılığa gəliblər: "Biz də istəyirik ki, ölkələrimizin vətəndaş cəmiyyətləri arasında sıx əlaqələr, konstruktiv dialoq olsun. Hazırda Almaniya və Rusiya arasında artıq belə sxem mövcuddur. Biz də bu yolla getmək istəyərik ki, gənclər, iqtisadi strukturlar, elmi dairələr yaxınlaşsın".
Makron Fransanın Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib: "O ki, qaldı ikitərəfli münasibətlərə, demək istərdim ki, biz bu münasibətləri davam etdiririk. Əminəm ki, iki ölkə arasında humanitar sahədə sıx əlaqələrin olması vacibdir. Bu çünki görüşdə ikitərəfli münasibətlərdən, Rusiya-Avropa Birliyi münasibətlərindən danışdıq. Dünyadakı problemli nöqtələrdən danışdıq. Prezident Putinlə bu çətin məsələlərin həllinə ümumi yanaşma tapmağa cəhd etdik".
Vladimir Putin isə çıxışında Parisin Moskva ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib: " Bütün çətinliklərə baxmayaraq son illərdə 500-ə yaxın fransız kompaniyası Rusiya bazarından getməyib". Putinin fikrincə, Fransada daha çox rusiyalı tələbələr təhsil almalıdırlar: "Gənclər arasında mübadiləni möhkəmləndirmək lazımdır".
Rusiya lideri fransız həmkarı ilə Koreya yarımadasındakı nüvə silahı problemi və onun həlli yolları barədə fikir mübadiləsi apardıqların bildirib: "Kremlin hansısa ölkədə prezident seçkilərinə müdaxiləsi məsələsini müzakirə etmədik. Bunun nəyin müzakirə edək? Hesab edirəm ki, burda müzakirə predmeti mövcud deyil". Makron da, öz növbəsində, ona ünvanlanan prezident seçkiləri vaxtı rəqibi olan Marin Le Penin Moskvaya səfəri ilə bağlı sualı şərh etməyib. O, Putinlə fikir mübadiləsinin açıq keçdiyini, tərəflərin danışıqlar zamanı bir-birinə hər şeyi söylədiklərini vurğulayıb: "Bu ilk fikir mübadiləsi idi. Mənə elə gəlir ki, dialoq çox açıq alındı". Putin fransalı həmkarını Rusiyaya səfərə dəvət edib. O, çar I Pyotrun bir neçə həftə Parisdə olduğunu xatırladıb. Məlumdur ki, diplomatik dünyada hər şey qarşılıqlıdır. Mən də cənab prezidenti Rusiyaya dəvət edirəm".
Qeyd edək ki, Fransa və Rusiya prezidentlərinin danışıqları 2 saat 50 dəqiqə çəkib. Danışıqlar qapalı rejimdə, mətbuatın iştirakı olmadan keçirilib.