“Maşın şou” Səbuhi üçün əldən getdi
- 31.05.2017, 13:45,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma” şüarı ilə yayımlanan “Maşın” şounu tərk edən növbəti məşhurun adı məlum olub.
Verilişin qaydalarına görə, iştirakçılar blogger Səbuhi Xanlarovu SMS səsverməsinə çıxarıblar.
O, səs topladığı təqdirdə rejissor Kənan Mahmudovu oyundan uzaqlaşdıracağını bildirib.
Sonda tamaşaçıların səsverməsi ilə S.Xanlarov 46,21% səs toplayaraq özü verilişi tərk etməli olub.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.
Hazırda şouda mübarizəni aktrisa Pərvin Abıyeva, aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Üzeyir Medizadə, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan M.M., aparıcı Azər Zahid, prodüser Tarix Əliyev, jurnalist Vüqar Vüqarlı, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.