Assosiasiya prezidenti: "Banklardakı girovların 70%-i daşınmaz əmlakdır"
- 31.05.2017, 14:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Hazırda banklarda qəbul edilən girovların 70%-ini daşınmaz əmlak təşkil edir".
Bunu "Daşınar əmlakın yüklülüyü islahatı: nailiyyət və çağırışlar" mövzusunda keçirilən regional konfransında Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, kiçik və orta sahibkarlıq subyektlərinin əksəriyyəti kredit almaq üçün daşınmaz əmlakını girov qoya bilmirdi: "Daşınar əmlakın yüklülüyü haqqında qanunun qəbulu kiçik və orta sahibkarların kredit almaq imkanını yaxşılaşdıracaq. Qanunun tətbiqi ilə əhalinin aztəminatlı hissəsinin gəlirləri artacaq, məşğulluq yülsələcək, yoxsulluğun azaldılmasına xidmət edəcək".
APA