Aysun yeni paltarlarından danışdı

Aysun yeni paltarlarından danışdı Azərbaycanlı müğənni Rəqsanənin qızı Aysun gələcək planlarından danışıb.


O, böyük bir layihəyə imza atmaq istədiyini dilə gətirib. SİA-ya açıqlama verən Aysun Ramazan bayramından sonra özü ərsəyə gətirdiyi paltarlardan ibarət sərgi keçirəcəyini söyləyib:


“Orucluq bayramından sonra öz geyim kolleksiyamdan olan sərgi keçirəcəm. Bu tədbirin həyata keçməsini çox istəyirəm. Bəziləri deyir ki, heç nə edə bilməyəcəm. Ancaq mən işlərimi ortaya çıxararaq, böyük layihələrə imza atmaq istəyirəm. Ümid edirəm ki, tikdiyim paltarları hər kəs bəyənəcək”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri