28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib

28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib 2017-ci il 28 may tarixinin ABŞ paytaxtında rəsmi şəkildə Azərbaycan Milli Günü elan edilməsi barədə Vaşinqton şəhərinin meri Müryel Bouzer Bəyanat (Proclamation) imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ilk dünyəvi müsəlman Demokratik Respublikası olub və bütün vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçkilərdə iştirak etmək hüququ verib.

Sənəddə həmçinin vurğulanıb ki, dünyadakı azərbaycanlılar 99 ildir, 28 may tarixini milli bayram kimi qeyd edir. Vaşinqton meri 2017-ci ilin ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü olduğu faktını da sənəddə xatırladıb. Həmçinin bildirib ki, Azərbaycanın Vaşinqtondakı səfirliyi Vaşinqton meriyası ilə tərəfdaşlıqda şəhərin təhsil və mədəni müxtəlifliyinə töhfə verir.

Qeyd edək ki, ABŞ paytaxtında 28 may tarixinin Azərbaycan Milli Günü elan edilməsi artıq ənənəyə çevrilib. Ümumiyyətlə isə ABŞ-ın digər ştatlarında və ayrı-ayrı şəhərlərində də 28 may Azərbaycan Milli Günü elan edilməsi təcrübəsi mövcuddur.


28 May Vaşinqtonda Azərbaycan Milli Günü elan edilib
Şərhlər
Siyasət bölməsinin xəbərləri