Vitse-prezident: "BP və tərəfdaşları Azərbaycana 66 mlrd. dollarlıq investisiya qoyub"
- 02.06.2017, 13:23,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. ABŞ dolları investisiya qoyulub.
APA-nin bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz - “Caspian Oil&Gas” konfransının ikinci günündə “BP-Azerbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, “Azəri-Çıraq-Günəşli” yatağından bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: "Ötən 12 il ərzində biz AÇG yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil verilib”.
O bildirib ki, 2006-cı ilin sonundan etibarən “Şahdəniz” layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib: “Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. barreldən çox xam neft nəql edilərək 3550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib".
BP şirkəti bu vaxta qədər Azərbaycandakı sosial layihələrə 72 mln. dollara yaxın vəsait ayırıb.