Kanadada naməlum şəxs lotereyada təxminən 41 mln dollar udub

Kanadanın Kvebek ştatının naməlum sakini məşhur “Lotto Max” lotereyasında 55 milyon Kanada dolları (təxminən $40,7) udub.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə lotereyanın təşkil edən “Atlantic Lottery” Assosiasiyası məlumat yayıb. Uğurlu biletin sahibinin adı açıqlanmır.

Eyni zamanda 8 bilet sahibinə də 740 min ABŞ dolları təsəlli mükafatı veriləcək. Onlardan üçünün Ontario ştatından olduğu bildirilir.

Əhali arasında populyar olan və “cek-pot”unun 50 mln-dək Kanada dolları təşkil edən “Lotto Max” lotereyası Kanadada 2009-cu ildən oynanılır. Uduşu əldə etmək üçün 1-dən 49-dək yeddi əsas rəqəmi doğru qeyd etmək gərəkdir. Bundan başqa, 6-7 ikincidərəcəli mükafatlar da oynanılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri