Tillerson Qətər ətrafında yaranmış vəziyyətə münasibət bildirib

ABŞ Qətər ətrafında yaranmış vəziyyətlə bağlı Körfəz ölkələrini birliyə çağırıb.

Bunu dövlət katibi Reks Tillerson deyib.

“Biz, əlbəttə, bütün tərəfləri danışıqlar masasına əyləşməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırırıq. Fikrimizcə, Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası vahid qalmalıdır”, - deyə R.Tillerson söyləyib.

Qeyd edək ki, bazar ertəsi Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətər ilə diplomatik və konsulluq əlaqələrini kəsdiklərini bəyan edibər. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, bu ölkənin terrorizmə dəstək verməsi və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Adı çəkilən dövlətlər Qətəri kokret olaraq "Əl-Qaidə" və İŞİD-də dəstək verməkdə ittiham ediblər. Səudiyyə Ərəbistanı zəvvarlardan başqa Qətərin bütün vətəndaşlarından ölkəni tərk etmələrini tələb edib. Bu ölkənin məşhur “Əl-Əhli” futbol klubu Qətərin milli aviaşirkəti “Qatar Airways”in sponsorluq xidmətlərindən imtina etdiyini açıqlayıb. BƏƏ-nin milli aviaşirkəti “Etihad Airways” sabahdan Qətərə həyata keçirdiyi aviareysləri dayandıracağını bəyan edib.

Rəsmi Ər-Riyad Qətəri bir sıra ərəb dövlətləri tərəfindən terrorçu təşkilat kimi tanınan “Müsəlman qardaşları” təşkilatını dəstəkləməkdə suçlayır. Bundan əlavə, BƏƏ Qətərlə yaxın 24 saat ərzində bütün hava və dəniz əlaqələrini kəsəcəyini, bu ölkənin diplomatlarına BƏƏ-ni tərk etmək üçün 48 saat, digər vətəndaşlarına isə 14 gün vaxt verdiyini bildirib. BƏƏ vətəndaşlarına Qətərə səfər etmək qadağan edilib. Bəhreyn özünün hava məkanını Qətərə məxsus təyyarələr üçün bağladığını açıqlayıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası Yəməndə keçirilən əməliyyatda Qətərin iştirakını dayandırıb.

Qətərlə digər ərəb ölkələri arasında münasibətlər bu yaxınlarda Ər-Riyadda keçirilən sammitdən sonra pisləşib. Belə ki, Qətərin dövlət xəbər agentliyi ölkə əmiri adından İranla münasibətlərin yaxşılaşdırılmasına çağırıb. Bundan sonra Qətər XİN-in rəsmi nümayəndəsi belə bir bəyanatın verilmədiyini bildirib, məlumatın dərcini agentliyin saytının hakerlər tərəfindən sındırılması ilə izah etməyə çalışıb.



APA, “RİA Novosti”
Şərhlər
Dünya bölməsinin xəbərləri