London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb
- 06.06.2017, 00:04,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
London terrorunu törətməkdə şübhəli bilinən iki şəxsin adı açıqlanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın açıqlamasında bildirilir.
Cinayətin London sakinləri, 27 yaşlı Pakistan əsilli Xuram Batt və 30 yaşlı Mərakeş və yaxud Liviya əsilli Rəşid Reduan tərəfindən törədildiyi ehtimal edilir.
İyunun 3-də “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.