Komi: “FTB Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ildə xəbər tutub”

Komi: “FTB Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ildə xəbər tutub” ABŞ Federal Təhqiqatlar bürosu Rusiyanın kiber hücumları barədə ilk dəfə 2015-ci ilin yayında xəbər tutub.

APA-nın APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu FTB-nin sabiq direktoru Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, kiber hücumların hədəfi hökumət qurumları və QHT-lər olub: “Rusiya tərəfindən irimiqyaslı cəhdlər olub. Yüzlərlə, bəlkə də minlərlə təşkilat Rusiyanın hədəfi olub”.

Komi, bununla belə, qeyd edib ki, Rusiyanın müdaxiləsi nəticəsində bir dənə də olsun səs dəyişilməyib.

Qeyd edək prezident Trap Komini mayın 9-da vəzifədən kənarlaşdırıb.

2013-cü ildən FTB-yə rəhbərlik edən Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flin fevralda istefa verib. İstefa ərizəsində o, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə təmasları barədə Ağ Evə tam məlumat vermədiyini etiraf edib.

Xatırladaq ki, Trampın Rusiya ilə əlaqələrini araşdırmaq üçün xüsusi prokuror Robert Müller təyin edilib. Bundan əlavə, Senat və Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitələri paralel olaraq araşdırma aparırlar.
Şərhlər
Dünya bölməsinin xəbərləri