Bank sektorunda dedollarizasiya sürətlənib
- 09.06.2017, 19:00,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2017-ci il mayın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 6 mlrd. 873,2 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 608,2 mln. manatı (23,4%) milli valyuta, 5 mlrd. 265 mln. manatı (76,6%) isə xarici valyuta ilə yerləşdirilib. APA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 200,6 mln. manat və ya 14,3% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 1 mlrd. 12,3 mln. manat və ya 16,13% azalma var.
Bununla yanaşı, cari ilin mart ayı ilə müqayisədə apreldə manatda olan əmanətlərin həcmi 127,7 mln. manat və ya 8,63% artıb, xarici valyutada olan əmanətlərin həcmi isə 166 mln. manat və ya 3,1% azalıb.