Əbülfəs Qarayev türkiyəli müğənni Ajda Pekkanı qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin məşhur müğənnisi Ajda Pekkanı qəbul edib.

APA-nın məlumatına görə, Ə. Qarayev qonağı salamlayaraq, onu Bakıda görməkdən məmnun olduğunu bildirib.

Türkiyəli sənətçi doqquz il öncə Azərbaycanda olduğunu və Bakını çox bəyəndiyini deyib: “Bakı doqquz il öncə ilə müqayisədə çox dəyişib. Bu il oktyabr ayında Bakıda konsert vermək arzusundayam”.

Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konsertlə bağlı lazımi köməyin göstəriləcəyini qeyd edərək, A. Pekkana gələcək yaradıcılığında uğurlar arzulayıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri