Futbol üzrə U-20 dünya çempionatının qalibi müəyyənləşib

Futbol üzrə U-20 dünya çempionatının qalibi müəyyənləşib



Cənubi Koreyada 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında qalib müəyyənləşib.

Finalda Venesuela ilə qarşılaşan İngiltərə 1:0 hesablı qələbə qazanıb.

Dominik Kalvert Levinin 35-ci dəqiqədə vurduğu qol ingilislərə dünya çempionu edib. Venesuela millisi 74-cü dəqiqədə penalti vurmaq haqqı qazansa da, bu şansından istifadə edə bilməyib.

İngiltərə millisi tarixində ilk dəfə dünyanın ən güclüsü olub.





APA
Şərhlər
İdman bölməsinin xəbərləri