Azərbaycan Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindədir
- 12.06.2017, 12:41,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Biz Avropa İttifaqı ilə viza məsələsində sadələşdirilmə mərhələsindəyik. Viza rejiminin tamamilə ləğvi isə gələcəyin işidir".
Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Nazir müavininin sözlərinə görə, ilk növbədə birinci sazişi həyata keçirilməli, onun müsbət nəticələri əldə edilməlidir.
"Bəzən hər iki tərəfdən kiçik məsələlər ortaya çıxır. Biz bu məsələləri axıra çatdırsaq, tərəflər arasında fəaliyyət planı hazırlanmalı, bunun da məqsədi vizasız gediş-gəliş olmalıdır. Bunun nə zaman ola biləcəyini deyə bilmərəm. Bu, hər iki tərəfdən asılıdır. Azərbaycanda viza sadələşdirilməsi və readmissiya sazişləri üzrə nəzarət komitəsinin iclası olacaq. Ola bilsin ki, bu iclasda hansısa nailiyyət və ya irəliləyiş əldə olunsun". - deyə M. Məmmədquliyev qeyd edib.
APA