Səhiyyə Nazirliyi Sumqayıtda uşaqların kütləvi zəhərlənməsinin səbəbini açıqladı
- 12.06.2017, 15:43,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”.
Live.az-ın məlumatına görə, bunu APA-ya Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib.
İ. Abdullayev bildirib ki, “Azərsu” ASC-nin işçiləri mərkəzin əməkdaşları ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərində su paylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərində su nümunələri götürəcəklər. Bu prosesin bir neçə gün davam etdiriləcəyini deyən İ.Abdullayev qeyd edib ki, əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır.
Onun sözlərinə görə, hazırda suda heç bir problem yoxdur və dövlət standartlarının tələblərinə cavab verir: “İyunun 9-dan sonra aparılan müayinələrdə suyun tərkibində heç bir problem aşkarlanmayıb. Amma problemin iyunun 7-də, 8-də, 9-da baş verdiyi də məlum deyil. Ola bilsin ki, qısa bir vaxtda problem olub, hazırda isə belə bir problem yoxdur. Amma biz bu vəziyyəti nəzarətdə saxlamaq məqsədilə müayinələri davam etdiririk. 10-15 gün ərzində müayinələr mütəmadi olaraq aparılacaq”.