İldırım qəsəbəni susuz qoydu

İldırım qəsəbəni susuz qoydu



Badamdar qəsəbəsini içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurub.


Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Qurum rəsmisi bildirib ki, bununla əlaqədar qəsəbənin içməli su təchizatında 14 iyun saat 15-ə qədər fasilə olacaq.


"Azərsu" ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.
Şərhlər
Sosial bölməsinin xəbərləri