"İnter" Avropa Liqasında ilk oyununda evdə heç-heçə oynayıb
- 05.07.2013, 00:00,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin növbəti oyunları keçirilir.
"İnter" klubu "Bayıl Arena" stadionunda ilk oyununa çıxıb. Bakı təmsilçisi Finlandiyanın "Mariehamn" klubunu qəbul edib.
Matçda ilk qol bakılılardan gəlib - 7-ci dəqiqədə Asif Məmmədov fərqlənib. 72-ci dəqiqədə isə Petteri Yokihara hesaba tarazlıq gətirib (1:1).
Matç elə bu hesabla da başa çatıb.
Oyunu litvalı hakim Serqeyus Sliva idarə edib.
Bu komandalar arasında cavab oyunu iyulun 11-də keçiriləcək.