Baş nazirin müavini: "İcbari tibbi sığorta haqları vətəndaşlar üçün məqbul səviyyədə olmalıdır"
- 14.06.2017, 15:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mingəçevir və Yevlaxda icbabi tibbi sığorta ilə bağlı ödənişin, haqqın müəyyənləşdirilməməsi bunun bu iki bölgədə pilot layihə kimi həyata keçirilməsi ilə bağlıdır".
Live.az-ın APA-ya isitnadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Əli Əhmədov deyib.
Ə. Əhmədov bildirib ki, icbari tibbi sığorta bütün Azərbaycanda tətbiq olunmağa başlayanda xidmət haqları açıqlanacaq: "Bu haqlar, ödənişlər elə səviyyədə olmalıdır ki, öncə icbari tibbi sığortanın maliyyə bazasını təmin etsin. Yəni dövlətlə bərabər, icbari tibbi sığorta haqları da icbari tibbi sığortanın həyata keçirilməsi üçün maliyyə bazasını yaratmalıdır. İkincisi, həmin ödənişlər, haqlar insanlar üçün yükə çevrilməməli, onlar üçün məqbul səviyyədə olmalıdır. Biz hazırda bunun üzərində çalışırıq".