Somalidə silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb
- 15.06.2017, 11:16,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Somalinin paytaxtı Moqadişoda silahlıların hotelə hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən axşam Moqadişoda hotelin qarşısında minalanmış avtomobil partladılıb, nəticədə 9 nəfər ölüb.
Bundan sonra "Posh Hotel" mehmanxanasına hücum edən silahlılar 30-dək insanı girov götürüb. Hazırda 2 silahlı məhv edilib, 10 girov azad edilib. Qalan girovların azad edilməsi üzrə əməliyyat davam etdirilir.
***
Somalinin paytaxtı Moqadişo şəhərində silahlılar "Posh Hotel" mehmanxanasında 30 nəfəri girov götürüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 2 silahlı məhv edilib, 10 girov azad edilib. Hazırda qalan girovların azad edilməsi üzrə əməliyyatlar keçirilir.
Bundan əvvəl Moqadişoda "Posh Hotel"-in qarşısında minalanmış avtomobil partladılıb. Nəticədə azı 9 nəfər ölüb. Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.