Bakıda 18 marşrut xəttində dəyişiklik edildi
- 15.06.2017, 12:19,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda keçiriləcək "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, edilən dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.
Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17 iyun tarixinə planlaşdırılsa da "Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.