“Eurovision 2012” təmsilçimiz, müğənni Səbinə Babayeva yeni mahnısını təqdim edib.
“Can” adlanan bəstə ilk dəfə “Кето и Котэ” operettasında səsləndirilib. Daha sonra mahnı gürcü bəstəkar Viktoriya Dolidze tərəfindən müğənniyə təqdim olunub.
Bəstənin Azərbaycan dilində sözlərini Fuad Vəlizadə yazıb.
“Can” 4-cü İslam Oyunlarının bağlanış mərasimində səslənsə də, “Youtube” kanalına ötən gecə yerləşdirilib.