Bakı sakininin bank hesabından pul oğurlanıb

Bakı sakininin bank hesabından pul oğurlanıb




Bu il mayın 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək "Kapital Bank"dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.


APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, Dövlət Təhlükəsizliyi Xidməti və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q. Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib. O, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri