Prezidentin qızı Gülnarə Kərimovanın evində axtarış aparıldı

Prezidentin qızı Gülnarə Kərimovanın evində axtarış aparıldı Özbəkistan prezidenti Gülnarə Kərimovanın evində axtarış aparılıb. Live.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Fransa polisi çrkli pulların yuyulması ilə bağlı bir neçə məkanda əməliyyat keçirib. Axtarışlar prezidentin qızı ilə bağlıdır.


Axtarışlar bir necə Özbəkistan vətəndaşı ilə bağlı tədqiqiat aparan İsveçrə polisinin xahişi ilə aparılıb. Məlumata görə, Gülnarə Kərimovanın bu işlə bağlılığı bilinmir.


Bəllidir ki,G.Kərimovanın Fransada bir neçə mülkü var. Məlumata görə, bu Parisdə dəbdəbəli mənzil, San Trope kurort şəhərində villadır.


Kərimova özü axtarış zamanı Avropada olub. Xəbəri eşidəndən sonra Özbəkistana qayıdıb. İndi o fransız polisinin əməlinin nə dərəcədə qanuni olub olmadığını məhkəmə ilə aydınlaşdıracaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri