Argentina prezidenti: «Avropa ölkələri üzr istəməlidirlər»
- 05.07.2013, 09:13,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Argentina prezidenti Kristina Fernandes de Kirşner Latın Amerikası hökumətlərini öz hava məkanlarını və limanlarını Boliviya lideri üçün bağlamış Avropa ölkələrindən səhvlərini etiraf etməyi tələb etməyə çağırıb.
APA-nın məlumatına görə, sözügedən bəyanatı o Boliviyada keçirilən Latın Amerikası ölkələri liderlərinin görüşündə səsləndirib.
«Boliviya liderinin hüquqlarını pozanlara müraciət edərək ciddi şəkildə səhvlərini etiraf etməyi tələb etmək lazımdır. Onlar həyatlarında heç olmasa bir dəfə etdiklərinə görə üzr istəməlidirlər», deyə Kirşner bəyan edib.