Sim kartların gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulub

Sim kartların gəlir əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulub



Azərbaycan prezidenti İlham Əliyev “Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri təsdiq edib.


Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilib.


Digər əlavə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması ilə bağlıdır.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri