Bahalı toyu olan Ayselin yalanı üzə çıxdı
- 23.06.2017, 00:19,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı, videoblogger Aysel Şükürova sosial şəbəkədə “Lider TV”-də aparıcılıq edəcəyi barədə məlumat yayıb.
Məsələ ilə bağlı “Lider TV”-nin icraçı direktorunun birinci müavini Lamiyə Ələkbərova ilə əlaqə saxlanılıb.
O, saytımıza müsahibəsində bildirib ki, A.Şükürovanın “Lider” telekanalında aparıcı kimi fəaliyyətə başlayacağı xəbəri əsassızdır. Bu barədə rəhbərlik tərəfindən A.Şükürovaya təklif irəli sürülməyib. O, özü də telekanala hansısa layihə ilə bağlı müraciət etməyib.
Oxu.Az