Telman İsmaylovun Las Veqasdakı ticarət mərkəzinə həbs qoyulub
- 23.06.2017, 10:51,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyalı Azərbaycan əsilli sahibkar, AST Şirkətlər Qrupunun təsisçisi Telman İsmaylovun ABŞ-ın Las Veqas şəhərində yerləşən ümumi sahəsi 7 min kv.m olan ticarət mərkəzinə həbs qoyulub. APA-nın “Kommersant”a istinadən verdiyi xəbərə görə, həbs qərarı “Moskva Bankı”nın iddiası əsasında verilib.
Məlumata görə, hazırda T.İsmaylovun “Moskva Bankı” qarşısında borunun həcmi 19 mlrd. rubl təşkil edir.
“Moskva Bankı ABŞ məhkəməsinə müraciət edərək kreditlər üzrə ödəmələri dayandıran və əldə etdiyi vəsaitləri ölkədən çıxararaq xarici ölkələrdə qohumlarının adına daşınmaz əmlak əldə edən Telman İsmaylovu dələduzluqda ittiham edib. Məhkəmə ticarət mərkəzinə həbs qoyaraq kreditorun iddialarını cavablandırmaq üçün cavabdeh tərəfə vaxt verib”, - deyə bankın xəbərində bildirilir.
Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib.
Moskva məhkəmə onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.