Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşib
- 25.06.2017, 20:17,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Red Bull" komandasının pilotu Daniel Rikkardo Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.
Yarışda 2-ci pilləsində "Mercedes" komandasının pilotu Valtteri Bottas, 3-cü pilləsində isə "Williams" komandasının pilotu Lens Stroll qərarlaşıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.