Əlində içki şüşəsi olan kenquru ölüsü stula bağlanmış halda tapılıb
- 28.06.2017, 17:32,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avstraliya polisi əlində likör şüşəsi ilə stula bağlanan kenquru ölüsü tapılandan sonra hadisəni araşdırmağa başlayıb.
Təbiəti mühafizə rəsmiləri olayı "zövqsüz" hərəkət adlandırıblar. Onlar stula bağlanmaqdan əvvəl heyvana ən azı üç dəfə atəş açıldığını bildiriblər.
Hadisə barədə ötən həftə məlum olub. Lakin hadisəni təsvir edən şəkillər bu həftə, ictimaiyyətə müraciətdən sonra yayılıb.
Mühafizə olunan heyvanların qətlinə görə 27 700 ABŞ dolları həcmində cərimə və ya iki il müddətinədək həbs cəzası verilə bilər.
Victoria ştatının Ətraf mühit, Torpaq, Su və Planlaşdırma departamenti cinayətin üstünün açılması üçün polislə əməkdaşlıq edəcəyini bildirir.
"Bu dəhşətli və əxlaqsız hərəkətdir və biz məlumatı olanları əməkdaşlığa çağırırıq", - polis sözçüsü Mike Sverns deyib.
Hökumətin ən sonuncu statistikasına əsasən Avstraliyada 34.3 milyon kenquru var.
BBC