Vatikanın üçüncü şəxsi məhkəmə qarşısına çıxacaq Böyüt
- 29.06.2017, 12:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Vatikan xəzinədarı, Kardinal Pell barəsində cinayət işi başlayıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Kardinal seksual xarakterli zorakılıq hərəkətlərində ittiham olunur. Onun barəsində Avstraliyada başlayan cinayət işi üzrə məhkəmə prosesi bu il iyulun 18-də keçiriləcək.
Avstraliya polisi Katolik Kilsəsinin üçüncü şəxsi olan bir neçə şəxsin avstraliyalı Kardinaldan şikayətçi olduğunu açıqlayıb. Şikayətlərin hamısı bir neçə il əvvəl törədilən əməllərlə bağlıdır.
Pell iddiaları rədd edib. Kilsənin yaydığı açıqlamada Kardinal Pellin həkimlərin tövsiyəsi və razılığı ilə Avstraliyaya gedəcəyi bildirilib. “Kardinal məhkəmədə özünü müdafiə edəcəyi günü səbirsizliklə gözləyir” – deyə açıqlamada qeyd olunub.