"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib?
- 01.07.2017, 19:26,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycana sükan mexanizmində qüsurlar olan “Mercedes-Benz ” avtomobilləri gətirilməyib.
Bunu Trend-ə “Daimler AG” şirkətinin “Mercedes” avtomobilləri üzrə baş nümayəndəliyi “AvtoKapital Azərbaycan” MMC-dən məlumat verilib.
Məlumatda bildirilir ki, sifarişlərdən asılı olaraq hər ölkəyə müxtəlif partiya avtomobillər tədarük edilir:
“Azərbaycana bu partiyalardan avtomobil gətirilməyib, ona görə də “Mercedes” markalı avtomobillərin geri çağırılması gözlənilmir”.
Qeyd edək ki, "Mercedes-Benz" şirkəti sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədar Rusiyadan 3500-ə yaxın avtomobili geri çağırıb.
Geri çağırılma 2012-ci ildə satılan C sinif və 2013-14-cü illərdə satılan G sinif avtomobillərə şamil olunur.