Cazibədar aparıcı Nərgiz Vahabqızı vücuduna plastik əməliyyat etməyindən danışdı

Cazibədar aparıcı Nərgiz Vahabqızı vücuduna plastik əməliyyat etməyindən danışdı


ATV-nin aparıcısı Nərgiz Vahabqızı plastik əməliyyatlarla bağlı fikirlərini bölüşüb.


Live.Az xəbər verir ki, yenicag-a açıqlama verən cazibədar xanım burnundan başqa bədəninin heç bir nahiyəsində əməliyyat etdirmədiyini də bildirib:


"Plastik əməliyyatlara münasibətim çox müsbətdir. Əgər ehtiyac yaranarsa, etdirməyin tərəfdarıyam. Qüsurla gəzib, komplekslərlə yaşamaqdansa, bu komplekslərdən qurtulub rahat, azad ömür sürmək yaxşıdır. Nə vaxtsa hər hansı bir problemlərlə üzləşsəm, mütləq onun qarşısını almağa çalışacam.


Özümə gəlincə, bircə burnumu əməliyyat etdirmişəm, bunu da heç kimdən gizlətməmişəm. Bəzən sosial şəbəkələrdə nələrsə yazılır ki, ay üzünə botoks, gellər, daha nə bilim nələr vurdurub. Belə sözləri eşidəndə, heç qıcıqlanmıram da. Normal qarşılayıram. Çünki görünüşümdə elə bir dəyişiklik də yoxdur. Boyumu uzatmamışam, bədənimi də əməliyyat etdirib, yığdırmamışam. Allah necə yaradıb, eləyəm."
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri