ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb

ARDNF bu il hərraclarda 1,7 mlrd. dollar satıb



Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyun ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.


ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 373,2 mln. dollar məbləğində vəsait satılıb.


Xatırladaq ki, ARDNF yanvar-may ayları ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 1 mlrd. 314,2 mln. dollar məbləğində vəsait satıb. Beləliklə, cari ilin I yarısında ARDNF tərəfindən hərraclarda satılan valyutanın həcmi 1 mlrd. 687,4 mln. dollar təşkil edib.


Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri