Aygün Kazimova vs Nadir Qafarzadə: qadın xeylağı olduğu üçün bunu ona keçirəm

Aygün Kazimova vs Nadir Qafarzadə: qadın xeylağı olduğu üçün bunu ona keçirəm Müğənni Nadir Qafarzadənin müsahibəsində “2-3 sənətkardan başqa, əksəriyyətinin fəxri adı əlindən alınmalıdır. Çünki onlar bu ada layiq deyillər” sözlərinə xalq artisti Aygün Kazımovadan cavab gəlib.



A.Kazımova İnstagram səhifəsində N.Qafarzadənin müsahibəsi olan şəkli paylaşıb və bu sözləri yazıb: “Nadir Qafarzadə əxlaq konusunda danışmasanız, yaxşıdır. Məncə... Sənə elə deyəsən, buna görə ad vermirlər”.


Aygün Kazimova vs Nadir Qafarzadə: qadın xeylağı olduğu üçün bunu ona keçirəm



“Əjdaha” ləqəbi ilə tanınan müğənni N.Qafarzadə həmkarı A. Kazımovanın cavabını isə belə verdi:


“Ötən gün mən sizə müsahibə verdim. Müsahibəm zaman heç bir sənətçinin adını vurğulamadım. Sadəcə söylədim ki, fəxri ad verilən zaman sənətçinin yaradıcılığından əlavə, ədəb-ərkanına da diqqət yetirilməlidir. Daha sonra söylədim ki, bundan sonra hər hansı bir sənətçinin fəxri adının əlindən alınması gecdir.


Ancaq mənim bu açıqlamalarımdan sonra A.Kazımova sosial şəbəkədəki səhifəsində barəmdə ittihamlar, hətta təhqirlər qeyd etdi. Onun bu sözlərinə görə məhkəməyə müraciət edə bilərəm. Amma qadın xeylağı olduğu üçün bunu ona keçirəm. Mən yalnız sənətimə və ailəmə vaxt ayırıram. Qalmaqal etməyə vaxtım belə yoxdur. A.Kazımovaya isə sənətində uğurlar arzu edirəm”.




Lent.az, Live.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri