Səfir: "Made in Azerbaijan"ın Misirdə tanınması gündəmdədir
- 05.07.2017, 11:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hazırda Misirin böyük təcrübəyə malik olduğu energetika, turizm, kənd təsərrüfatı, tibb və əczaçılıq sahələri ikitərəfli əməkdaşlığın əsas istiqamətləridir.
Bunu Trend-ə müsahibəsində Azərbaycanın Misirdəki səfiri Tural Rzayev deyib.
Səfir bildirib ki, Azərbaycan, həmçinin "Made in Azerbaijan" brendinin Misirdə irəliləməsi üçün səylərini gücləndirmək və Misir biznesinin ölkə bazarına çıxış imkanını genişləndirmək niyyətindədir:
"Əczaçılıq iki ölkənin əməkdaşlığında olduqca mühüm sahədir. Bu gün Azərbaycan Misirdən 30 adda əczaçılıq məhsulları idxal edir. Azərbaycan isə Misirə neft və neft məhsulları, eləcə də kimyəvi məhsullar tədarük edir".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-may aylarında 3,5 milyon dollar təşkil edib.