Astarada yol qəzasında ölən İran vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib

Astarada yol qəzasında ölən İran vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib



Astarada yol qəzasında ölən İran vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib

Live.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində “Dongpeng” markalı yük avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1977-ci il təvəllüdlü Reyhani Seyidməhəmməd Mirkazım oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil verib.

***



Astarada İran vətəndaşının idarə etdiyi yük maşını aşıb.

APA-nın verdiyi məlumata görə, hadisə Şahağacı kəndində qeydə alınıb.

İran vətəndaşının idarə etdiyi "Volvo" markalı yük maşını sürücünün halının pisləşməsi səbəbindən aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Dünya bölməsinin xəbərləri