Mehriban Əliyeva: “Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır”

Mehriban Əliyeva: “Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır”



“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”

Bunu birinci vitse-prezident Mehriban Əliyeva özünün “twitter” bloqunda yazıb. Mehriban Əliyeva “Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə qeyd edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri