Maksim Şevçenko: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç nə etməyib
- 08.07.2017, 15:04,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç nə etməyib.
Bunu Trend-ə rusiyalı teleaparıcı və Rusiya Federasiyasının İctimai Palatasının keçmiş üzvü Maksim Şevçenko erməni qoşunlarının azərbaycanlı dinc sakinlərin həlak olması ilə nəticələnən təxribatını şərh edərkən deyib.
Onun sözlərinə görə, münaqişəni “ölü nöqtə”dən çıxarmaq üçün qoşunları qarşıdurma xəttindən geri çəkmək və Azərbaycanla Ermənistan rəhbərləri arasında birbaşa danışıqlara başlamaq lazımdır.
V.Şevçenko qeyd edib ki, bu danışıqları Moskvanın vasitəçiliyi ilə təşkil etmək olar:
“Rusiya prezidenti artıq bir neçə dəfə bu cür danışıqların təşkil olunmasına yardım edib. Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidentinin iştirakı ilə konstruktiv danışıqlar keçirib”.
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.