Merkel: "Ərdoğanla danışıqlar Almaniya və Türkiyə arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb"
- 09.07.2017, 13:35,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında dərin fikir ayrılıqlarını ortaya çıxarıb.
Live.az-ın məlumatına görə, APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib.
“İkitərəfli danışıqlar aramızda dərin fikir ayrılıqlarının olduğunu üzə çıxartdı”, - deyə kansler bildirib. Bununla belə Merkel Türkiyənin və şəxsən Ərdoğanın sammitin işində fəal iştirak etdiyini qeyd edib: “Biz qaçqınlar və miqrasiyaya dair məsələlər üzrə Türkiyənin səylərini qiymətləndirdik”, - deyə o qeyd edib.