Avropa Liqası: "İnter" “Fola” klubunu məğlub edib
- 13.07.2017, 10:31,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.
Ilk oyunlar çərçivəsində baş tutan matçlardan birincisi Bakıda keçirilib.
Günün yeganə qarşılaşmasında “İnter” meydana çıxıb. Paytaxt təmsilçisi Lüksemburqun “Fola” komandasını qəbul edib. Matçın taleyini bir qol həll edib.
"İnter" ilk hissədə təşəbbüsü ələ alsa da, üstünlüyünü qola çevirə bilməyib. İkinci hissənin sonunda Mirhüseyn Seyidovun vurduğu qol komandamızın ilk matçdakı qələbəsini rəsmiləşdirib.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
12 iyul
“İnter” (Azərbaycan) – “Fola” (Lüksemburq) - 1:0
Qol: Mirhüseyn Seyidov, 89