“Bloomberg”: Ankara “S-400”-lərin tədarükünə görə 2,5 mlrd. dollar ödəməyə hazırdır

“Bloomberg”: Ankara “S-400”-lərin tədarükünə görə 2,5 mlrd. dollar ödəməyə hazırdır



Ankara “S-400” zenit-raket komplekslərinin tədarükünə görə Rusiyaya 2,5 mlrd. dollar ödəməyə hazırdır.

Bu barədə “Bloomberg” nəşri Türkiyədəki anonim mənbəyə istinadən məlumat yayıb.

Adı çəkilməyən yüksək vəzifəli məmur Türkiyənin 2018-ci ildə Rusiyadan iki batareya “S-400” zenit-raket kompleksləri əldə etmək niyyətində olduğunu qeyd edib. Daha sonra Türkiyədə əlavə iki batareyanın istehsal edilməsi nəzərdə tutulub

“Rosoboroneksport”un nümayəndəsi qeyd olunan sövdələşmə barədə şərh verməkdən imtina edib.

Nəşrin məlumatına görə, Türkiyə bundan əvvəl bir neçə dəfə Rusiyadan zenit-raket komplekslərini əldə etməyə cəhd edib, lakin NATO-nun mövqeyi bu planların reallaşdırılmasına mane olub. Türkiyə Vaşinqtonun təzyiqi səbəbindən Çindən də analoji sistemlərin tədarükündən imtina etməli olub.

“Bloomberg”in məlumatına görə, Rusiya istehsalı olan zenit-raket komplekslərinin NATO silahları ilə uyğunlaşmamasına baxmayaraq, Türkiyə “S-400” zenit-raket komplekslərini Alyansın rəhbərliyi tərəfindən məhdudiyyətlərin tətbiq edildiyi bölgələrdə - Ermənistan və Yunanıstan ilə sərhəddə, habelə Egey dənizi sahilində yerləşdirə bilər.

“Komplekslər “özünkü-özgəninki” tanınma sistemi ilə təchiz olunmayacaq, bu isə onları istənilən hədəflərə qarşı istifadə etməyə imkan yaradacaq”, - deyə agentlik bildirib.



APA
Şərhlər
Dünya bölməsinin xəbərləri