Uesli Sneyder “Qalatasaray”la yollarını ayırıb
- 15.07.2017, 10:57,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin “Qalatasaray” futbol klubunun Hollandiyalı legioneri Uesli Sneyder komandası ilə yollarını ayırıb.
APA-nın milliyet.com-a istinadən verdiyi xəbərə görə, Sneyder və klubu arasında muqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
2018-ci ilin may ayına qədər klubla müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.
Qalatasaray klubunun rəsmi açıqlamasında, Sneyderin komandadan 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 mln. avrodan imtina etdiyi bildirilir. Sneyder həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə imzalamamaq, əks halda 20 mln avro təzminat ödəməyə razılıq verib.