Bu il Bakıda 52 çoxmərtəbəli binaya qaz verilib

Azərbaycanda bu ilin birinci yarısında 52 çoxmərtəbəli binaya qaz verilib. Bu barədə APA-ya ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin (İB) mətbuat xidmətindən məlumat verilib.

«Azəriqaz» İstehsalat Birliyi 2013-cü ilin I yarısında Birlik hüquqi və fiziki şəxslərin müraciətlərini nəzərə alaraq, 52 belə çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalardan 25-i ilin birinci rübündə, 27-i isə ikinci rübdə qazlaşdırılıb.

Xatırladaq ki, 2012-ci ildə «Azəriqaz» İB 60 çoxmərtəbəli binaya qazın verilişini təmin edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri