Bakıda dava olub, bir nəfər güllələnib
- 20.07.2017, 10:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi baş verib.
Bakıxanov qəsəbəsinin Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan açılıb. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb və 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə yerinə Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb.
Yaralını xəstəxanaya Post Patrul Xidmətinin əməkdaşları çatdırıblar.
APA