Pərvin Abıyeva özü ilə bağlı faktın üstünü açdı

Pərvin Abıyeva özü ilə bağlı faktın üstünü açdı


"Neçə vaxtdır hamı məndən qolumdakı izi soruşur. Düşünürəm ki, artıq açıqlamağa ehtiyac var. Bu, bir yaşımdan qalma yanıq ləkəsidir. Üstümə çay dağıtmışdım, üzüm, sinəm və qolum yanmışdı"


Bu sözləri aktrisa Pərvin Abıyeva deyib. Uşaqlıqda üstünə qaynar çay dağıtdığını deyən kino ulduzu oda qarşı olan mistik məhəbbətindən də danışıb: "Qoluma sarğı bağladıqları üçün yanıq ləkəsi qalıb. Üzümə və sinəmə sarğı etmədikləri üçün izi qalmayıb. Məndə uşaqlıqdan çaya və istiyə olan sevgi var. Körpəliyimdən bu yana od məni çəkir. Hətta gözüm görə-görə tonqalın içinə girirdim. Yəni belə yanıq ləkələri balaca olsa da, məndə çoxdur".



Publika.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri