Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.
APA-nın xəbərinə görə, bu barədə hadisə yerindən Türkiyənin NTV telekanalı bildirir.
Məlumata görə, xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.
Qeyd edək ki, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.
Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.
Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.
Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub. Muğla əyalətinin valisi Esengel Civelek dağıntıların ciddi olmadığını qeyd edib.
****
Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətin məlumatında bildirilir.
Məlumata görə, zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.
Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilmir.
****
Türkiyə sahillərində 6,9 bal gücündə zəlzələ olub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə seysmoloqların məlumatında bildirilir. (Yenilənir).